Putin və Lukaşenko Belarus-Polşa sərhədindəki vəziyyəti müzakirə ediblər

Putin və Lukaşenko Belarus-Polşa sərhədindəki vəziyyəti müzakirə ediblər
  09 Noyabr 2021    Oxunub:713
Rusiya Prezidenti Vladimir Putinlə Belarusun dövlət başçısı Aleksandr Lukaşenko arasında telefon danışığı olub. Tərəflər Belarus-Polşa sərhədindəki vəziyyəti müzakirə ediblər.
AzVision.az xəbər verir ki, bu bartədə Lukaşenkonun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, prezidentlər ikitərəfli gündəliyin ən aktual məsələləri barədə fikir mübadiləsi aparıblar. Söhbətdə əsas diqqət Belarus-Polşa sərhədindəki vəziyyətə, eləcə də Polşa tərəfinin mülki şəxslərə münasibətdə sərt hərəkətlərinə yönəldilib. Polşanın nizami qoşunlarının sərhədə toplanması faktlarının xüsusi narahatlıq doğurduğu vurğulanıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Belarus   Rusiya  





Xəbər lenti