"Tərəfləri dayanıqlı sülh üçün səylərini davam etdirməyə çağırırıq" - BMT

 "Tərəfləri dayanıqlı sülh üçün səylərini davam etdirməyə çağırırıq" -    BMT
  09 Noyabr 2021    Oxunub:1240
Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyi Qarabağda müharibənin başa çatmasının birinci ildönümü ilə bağlı açıqlama yayıb.
AzVision.az xəbər verir ki, bu barədə nümayəndəliyin "Facebook" səhifəsində paylaşım edilib.

"Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı üçtərəfli bəyanatdan bir il ötür. 2020-ci ilin payızında baş vermiş müharibə zamanı yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı veririk. Tərəfləri regionda dayanıqlı sülh və inkişafa nail olmaq üçün səylərini davam etdirməyə çağırırıq", - açqlamada deyilir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: BMT  



Xəbər lenti