Ermənistanın müdafiə naziri Moskvaya gedib

 Ermənistanın müdafiə naziri Moskvaya gedib
  09 Noyabr 2021    Oxunub:970
Ermənistanın müdafiə naziri Arşak Karapetyanın başçılıq etdiyi nümayəndə heyəti noyabrın 9-da Moskvaya yola düşüb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Karapetyan Rusiyanın paytaxtında noyabrın 10-da keçiriləcək MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək.

Xatırladaq ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov da iclasda iştirak etmək üçün Moskvaya gedib.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: Ermənistan  



Xəbər lenti