Keşişlərin zorladıqlarına kilsə pul ödəyəcək
- Bunun üçün daşınmaz əmlakın və digər aktivlərin satılması hesabına fond yaradılacaq. Öhdəliklərimizin yerinə yetirilməsi üçün lazım gələrsə biz habelə kreditlər də götürməyə hazırıq, - Erik de Mulen-Bofor bildirib.
Amma arxiyepiskop təzminatın miqdarının və kilsənin onun hansı qaydada ödəyəcəyinin detallarını açıqlamayıb. Bundan əlavə, hər yepiskopun və yeparxiyanın həddi-büluğa çatmamışlarla qəddar rəftarların necə araşdırmasına nəzarət edəcək xüsusi elçilərin göndərilməsi üçün yepiskoplar Roma Papasına müraciət ünvanlamaq qərarına gəliblər.
Xatırladaq ki, ötən ayın əvvəllərində Fransa katolik ruhaniliyinin üzvlərinin və kilsə ilə bağlı şəxslərin son 70 ildə 330 min uşağa qarşı zorakılıq əməlləri törətməsi barədə müstəqil komissiyanın apardığı araşdırmaların nəticələri açıqlanıb. Bu çirkin əməllərdə 115 min kilsə xadiminin birbaşa iştirakı təsdiqlənib.
“Bu qədər çox insanın belə çoxlu sayda əzab çəkdiyini və çəkməkdə davam etdiyini anlayanda biz daxilən ikrah və dəhşət yaşadıq”, - Erik de Mulen-Bofor vurğulayıb.
Sahil İagəndərov
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


