Yerin yaxınlığından nəhəng və təhlükəli asteroid keçəcək

Yerin yaxınlığından nəhəng və təhlükəli asteroid keçəcək
  09 Noyabr 2021    Oxunub:1763
Noyabr ayının ortalarında Yer planetinə təhlükəli asteroid yaxınlaşacaq. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
3 futbol meydançası böyüklüyündə olan asteroidin yarada biləcəyi təhlükəni şərh edən Ural Dövlət Universitetinin dosenti, Rusiya Elmlər Akademiyası Meteoritlər Komitəsinin üzvü Viktor Qroxovski deyib ki, "2004 UE" adlı bu göy cismi çox təhlükəlidir.

Yerə 1,5 kilometrlik asteroid yaxınlaşır
- Bu növbəti potensial təhlükə vəd edən və öz hərəkət trayektoriyasından çıxan asteroiddir. Bu yaxınlarda, sentyabr ayında Eyfel qülləsi böyüklüyündə olan asteroid keçib getdi. O, Yerlə Ay arasındakı məsafənin yalnız yarısı qədər bir məsafədə hərəkət etdi - rusiyalı professor deyib.

Mütəxəssisin sözlərinə görə, NASA-nın nəzarəti altında izlənilən 27 minə yaxın asteroid var və onlardan yarım minə yaxın potensial təhlükəli sayılır. Qroxovski qeyd edib ki, hətta belə bir rəqəm hələlik yer kürəsini təhdid etmir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Asteroid   Yer   Təhlükə   NASA  





Xəbər lenti