İrəvanda kütləvi zəhərlənmə: 8 uşaq xəstəxanaya yerləşdirilib

   İrəvanda kütləvi zəhərlənmə:   8 uşaq xəstəxanaya yerləşdirilib
  09 Noyabr 2021    Oxunub:1425
Ermənistanda kütləvi zəhərlənmə baş verib.
7-11 yaş arasında olan 8 uşaq qida zəhərlənməsi əlamətləri ilə İrəvandakı "Muraçan" Universitetinin xəstəxanasına yerləşdirilib. AzVision.az xəbər verir ki, bu barədə İrəvan Dövlət Tibb Universitetinin aparat rəhbəri Şuşan Danielyan "Facebook" səhifəsində məlumat yayıb.

Qeyd edək ki, bir müddət öncə ölkədə fəaliyyət göstərən məşhur restoranlar şəbəkəsi-“Tashir Pizza”da kütləvi zəhərlənmə faktı aşkarlanmışdı. Yayılan məlumatlara görə 171 nəfərin səhhətində problem yaranıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Zəhərlənmə   İrəvan  



Xəbər lenti