Əddis-Əbəbədə BMT-nin 9 əməkdaşı saxlanılıb

   Əddis-Əbəbədə BMT-nin 9 əməkdaşı saxlanılıb
  09 Noyabr 2021    Oxunub:1007
Efiopiyanın paytaxtı Əddis-Əbəbədə BMT-nin doqquz əməkdaşı və onların ailə üzvləri saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə BMT nümayəndəsinin müavini Farhan Haq RİA Novosti-yə açıqlamasında məlumat verib.

- Əddis-Əbəbədə BMT-nin ən azı doqquz əməkdaşı və onların ailə üzvləri saxlanılıb. BMT Təhlükəsizlik Departamenti və BMT-nin müvafiq təhlükəsizlik işçiləri saxlanılan həmkarlarına baş çəkiblər. Bu əməkdaşların dərhal azad edilməsi tələbi ilə Xarici İşlər Nazirliyinə də şifahi notalar göndərilib, - Haq deyib.

Xatırladaq ki, ötən həftə BMT-nin Baş katibi Efiopiyadakı vəziyyətdən narahatlığını ifadə edib və baş nazir Abiy Əhməd Əliyə dialoqa şərait yaratmaq üçün kömək təklif edib.

Hazırda Efiopiya ordusu ilə “Tıqray Xalq Azadlıq Cəbhəsi”nin qüvvələri arasında qarşıdurma davam edir. 1991-2018-ci illərdə Efiopiyada hakimiyyətdə olmuş "Tiqray Xalq Azadlıq Cəbhəsi" hazırkı baş nazir hakimiyyətə gəldikdən sonra müxalifətə keçib. Efiopiyanın şimalı 2020-ci ilin noyabrından münaqişələrin episentridir.

Tural Tağıyev
AzVision.az



Teqlər: BMT   Efiopiya  



Xəbər lenti