Rusiyada COVID-19-dan ölənlərin sayı 249 mini ötüb

Rusiyada COVID-19-dan ölənlərin sayı 249 mini ötüb
  10 Noyabr 2021    Oxunub:453
Rusiyada son sutkada koronavirusa yoluxanların sayı daha 39 160 nəfər artaraq, 8 873 655 nəfərə yüksəlib.
Bu barədə AzVision.az TASS agentliyinə istinadən xəbər verir. Gün ərzində Rusiyada koronavirusa yoluxmuş daha 32 036 nəfər sağalıb və bu baxımdan ümumi say 7 619 596 nəfərə çatıb.

COVID-19-a yoluxmuş 1 211 nəfər dünyasını dəyişib. Pandemiya baş qaldırandan indiyədək Rusiyada koronavirus səbəbindən ölənlərin ümumi sayı 249 215 nəfər təşkil edir.

AzVision.az



Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti