Ceyhun Bayramov Fransa Prezidentinin diplomatik müşaviri ilə görüşüb
C.Bayramov qarşı tərəfə post-münaqişə fazasına aid məsələlər-azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi, dağıdılmış ərazilərimizin bərpa edilməsi, regionda kommunikasiyaların açılması, Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyasının həyata keçirilməsi, Ermənistanla Azərbaycan arasında beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin normallaşdırılması, Azərbaycan tərəfindən bu istiqamətdə birtərəfli qaydada həyata keçirilən tədbirlər haqqında məlumat verib. Azərbaycanın bölgədə uzunmüddətli sülh və əmin-amanlığın təmin olunmasına tərəfdar olduğu vurğulanıb.
Görüşdə, həmçinin Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin cari vəziyyəti müzakirə edilib. Tərəflər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və siyasi dialoqun aktivləşməsinə hazır və maraq olduqlarını ifadə ediblər.
AzVision.az
Teqlər: Ceyhun-Bayramov Fransa