Yaponiya sahillərində 6,6 bal gücündə zəlzələ olub

Yaponiya sahillərində 6,6 bal gücündə zəlzələ olub
  10 Noyabr 2021    Oxunub:868
Yaponiya sahillərində 6,6 bal gücündə zəlzələ baş verib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri Miyako adasında yerləşən, təxminən 34,3 min sakini olan Hirara şəhərindən 166 km cənub-şərqdə qeydə alınıb. Yeraltı təkanların
ocağı 10 km dərinlikdə yerləşib.

İnsan tələfatı, dağıntılar və sunami təhlükəsi barədə məlumat verilməyib.

AzVision.az



Teqlər: Zəlzələ  



Xəbər lenti