Belarus-Polşa sərhədindəki vəziyyət BMT TŞ-da müzakirə edilə bilər

Belarus-Polşa sərhədindəki vəziyyət BMT TŞ-da müzakirə edilə bilər
  10 Noyabr 2021    Oxunub:692
Bir sıra Avropa ölkələri BMT Təhlükəsizlik Şurasında Belarus-Polşa sərhədindəki vəziyyətə dair iclas keçirilmsi ilə bağlı müraciət ediblər.
AzVision.az xəbər verir ki, bu barədə “TASS” BMT Təhlükəsizlik Şurasındakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, təşəbbüs Fransa, İrlandiya və Estoniya tərəfindən irəli sürülüb.

Xatırladaq ki, son günlər Polşa-Belarus sərhədində gərginlik yaşanır. Belarusa gəlmiş qanunsuz miqrantlar sərhədi keçərək Polşa ərazisinə daxil olmağa cəhd edirlər. Nəticədə hərbçilərlə miqrantlar arasında qarşıdurma yaranıb.

AzVision.az



Teqlər: Belarus   Polşa  



Xəbər lenti