Fransanın xarici işlər naziri azərbaycanlı və erməni həmkarı ilə görüşüb

Fransanın xarici işlər naziri azərbaycanlı və erməni həmkarı ilə görüşüb
  10 Noyabr 2021    Oxunub:626
Fransanın xarici işlər naziri Jan-İv le Drian Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, C. Bayramov və A.Mirzoyan Parisdə UNESKO Baş Konfransının 41-ci sessiyasında iştirak edirlər.

AzVision.az



Teqlər: Ceyhun-Bayramov  





Xəbər lenti