Ermənistanda virusdan ölənlərin sayı 6867 nəfərə çatıb

Ermənistanda virusdan ölənlərin sayı 6867 nəfərə çatıb
  11 Noyabr 2021    Oxunub:452
Ermənistanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1482 yeni yoluxma faktı qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, COVID-19-a yoluxanların ümumi sayı 325 521 nəfərə yüksəlib. Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 69 nəfər ölüb. Bununla da ölənlərin sayı 6867-yə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1360 nəfərdir. Aktiv xəstələrin sayı 29 438 nəfər təşkil edir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Virus  





Xəbər lenti