"Bakı yolumuzu kəsir" - Paşinyan

   "Bakı yolumuzu kəsir" -    Paşinyan
  11 Noyabr 2021    Oxunub:1517
"Azərbaycan Gorus-Qafan avtomobil yolunda gömrük nəzarət-buraxılış məntəqəsi yaratmaq istəyir, ona görə də Ermənistan yeni yoldan istifadə edəcək".
AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətinin iclasında deyib.

Paşinyan daha sonra əlavə edib ki, Azərbaycan öz ərazisində Eyvazlı - Çayzəmi hissəsində gömrük nəzarəti məntəqəsi qurmaq istəyir. Onun sözlərinə görə, bundan sonra Ermənistan tərəfi vətəndaşlarını Qafan- Ağvani-Tatev yolu ilə istiqamətləndirmək qərarına gəlib: "On illərdir keçilməz olan bu yol demək olar ki, tam hazırdır".

Xatırladaq ki, mətbuatda Gorus-Qafan nəzarət-buraxılış məntəqəsinin noyabrın 11-dən yaradılması barədə məlumat verilib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Gorus-Qafan  





Xəbər lenti