Çexiya hökuməti istefa verib

Çexiya hökuməti istefa verib
  11 Noyabr 2021    Oxunub:1025
Çexiyanın baş naziri Andrey Babişin rəhbərlik etdiyi hökumət istefa verib.
AzVision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin rəhbəri mətbuat konfransında deyib.

Bir gün əvvəl yeni parlamentin iclası keçirilib, deputatlar rəhbər orqanların nümayəndələrini seçiblər.

"Respublika prezidenti Miloş Zemana Nazirlər Kabinetinin istefası ilə bağlı yazılı müraciət göndərmişəm. Gözləyirəm ki, o, yeni kabinet formalaşana qədər bizə öz vəzifələrimizi yerinə yetirməyi tapşıracaq”, – Babiş bildirib.

O, oktyabrda parlamentin aşağı palatasına keçirilən seçkilərdə uduzan “NVA” ("Narazı Vətəndaşların Aksiyası") siyasi hərəkatını təmsil edir. Yeni kabineti Liberal Vətəndaş Demokratik Partiyasının sədri, “Birlikdə” koalisiyasının lideri Piter Fiala formalaşdıracaq.

Çexiya prezidenti Miloş Zeman hazırda hospitalda müalicə olunur. O, artıq həm Babis, həm də Fiala ilə telefonla danışıb və nazir postlarına bəzi namizədləri qəbul etmək istədiyini vurğulayıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Çexiya  



Xəbər lenti