İrəvanda polislə etirazçılar arasında toqquşma olub

   İrəvanda polislə etirazçılar arasında toqquşma olub
  11 Noyabr 2021    Oxunub:1069
Ermənistanda müxalif qüvvələr etiraz aksiyası keçirib.
AzVision.az xəbər verir ki, etirazçılar hökumət binasına girməyə cəhd ediblər, polis onların qarşısın alıb. Nəticədə polis əməkdaşları ilə etirazçılar arasında toqquşma olub.

Nümayişçilər “Nikol satqındır!” şüarı ilə Respublika meydanında nəqliyyatın hərəkətini dayandırmağa çalışıblar, polis onları ərazidən uzaqlaşıdırb.

Aksiyada “Ermənistan” blokunun deputatları Qeqam Manukyan, Anna Qriqoryan və Tadevos Avetisyan iştirak ediblər. Onlar baş nazir Nikol Paşinyanı və onun hökumətini ölkənin maraqlarını satmaqda ittiham edir.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti