Hacıqabulda oğurluq edən Abşeron sakini saxlanılıb

Hacıqabulda oğurluq edən Abşeron sakini saxlanılıb
  11 Noyabr 2021    Oxunub:890
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qızılburun kəndi ərazisində yerləşən mağazaların birindən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzVision.az -a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə qeyd edilən oğurluq əməlini törədən Abşeron rayonu Masazır qəsəbə sakini Nihad Verdiyev saxlanılıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, N.Verdiyev noyabr ayının 8-də gecə saatlarında kənd ərazisində yerləşən mağazaya qanunsuz daxil olaraq oradan 2016 manat dəyərində danışıq kartları, spirtli içki və tütün məmulatı, eləcə də 110 manat pul oğurlamaqla zərərçəkənə ümumilikdə 2126 manat maddi ziyan vurub.

Həmin şəxs dindirilmə zamanı törətdiyi oğurluq hadisəsini etiraf edib.

Faktla əlaqədar Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti