Ermənistan polisi aksiya iştirakçılarını saxlamağa başlayıb

   Ermənistan polisi aksiya iştirakçılarını saxlamağa başlayıb
  11 Noyabr 2021    Oxunub:552
İrəvanda hökumət binası qarşısında müxalifətin təşkil etdiyi etiraz aksiyasının 16 iştirakçısı saxlanılıb.
AzVision.az xəbər verir ki, onlar polis bölmələrinə aparılıblar.

"Hazırda 16 vətəndaş saxlanılıb", - polisdən bildirilib. Amma nümayişçilərin saxlanılması davam edir.

Xatırladaq ki, etirazçlar hökumət binasına daxil olmağa çalışıb, polis onların qarşısını alıb. Nəticədə polislə aksiya iştirakçıları arasında toqquşma olub. Daha sonra onlar Respublika meydanında nəqliyyatın hərəkətini dayandırmaq istəyiblər, polis buna da mane olub.

Nazirlər Kabinetinin binası qarşısında aksiya Azərbaycan tərəfinin Gorus-Qafan avtomobil yolunda gömrük-keçid məntəqəsi yaradacağı məlum olduqdan sonra başlayıb. Etirazçılar "Nikol xaindir" şüarları səsləndiriblər.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti