Rusiya PUA əleyhinə yeni silah yaradıb?

 Rusiya PUA əleyhinə yeni silah yaradıb?
  11 Noyabr 2021    Oxunub:981
Rusiya Ümumqoşun Silahlı Qüvvələr Akademiyası dronlardan qorunmaq üçün yeni müdafiə sistemi hazırladığını bildirib. “Rospatent”in saytında yayımlanan məlumata görə, elektrik yüklü şəbəkəli günbəzi xatırladan müdafiə səddi üçün patent 2021-ci ilin oktyabrında verilib.
Müdafiə sistemi iki şəbəkəli günbəzdən, radioelektron aşkarlama vasitələrindən, avtomatlaşdırılmış operator məntəqəsindən, videomüşahidə vasitələrindən ibarətdir. İddiaya görə, vacib obyektlərin qorunması üçün nəzərdə tutulan sistem PUA-ların sayını, trayektoriyasını müəyyən etməyə imkan verir.

Əlavə etmək qalır ki, bu nəzəri sistemin real döyüş vəziyyətində sınaqdan necə çıxdığını görmək əla olardı. Çünki Rusiya Hərbi-Sənaye Kompleksinin təbliğatının real işindən dəfələrlə qabaqda getməsi artıq heç kimi təəccübləndirmir.

Samir Quliyev
AzVision.az



Teqlər: PUA   Rusiya  





Xəbər lenti