Müxalifət sabah Tbilisidə növbəti etiraz aksiyası keçirəcək

Müxalifət sabah Tbilisidə növbəti etiraz aksiyası keçirəcək
  11 Noyabr 2021    Oxunub:997
Sabah Gürcüstanda müxalifət  şəhərin əks hissələrində iki irimiqyaslı mitinq keçirəcək.
AzVision.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının rəhbəri Nika Melia məlumat verib. O bildirib  ki, noyabrın 8-də müxalifət partiyaları Azadlıq Meydanında keçirilən çoxminlik mitinqdə etiraz hərəkatının başladığını elan ediblər və üç tələblərini açıqlayıblar: Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin mülki xəstəxanaya köçürülsün, azadlığa buraxılsın və növbədənkənar seçkilər keçirilsin. O vaxtdan müxalifət hər gün müxtəlif idarələrin qarşısında etiraz aksiyaları keçirir.

AzVision.az


Teqlər: Gürcüstan  



Xəbər lenti