Hindistanda 14 nəfər daşqının qurbanı oldu

Hindistanda 14 nəfər daşqının qurbanı oldu
  12 Noyabr 2021    Oxunub:451
Hindistanın cənubundakı Tamil Nadu ştatında leysan yağışlar 14 nəfər ölüb.
Bu barədə AzVision.az xarici mətbuata istinadən xəbər verir.

Ölkə rəsmiləri bildirib ki, şiddətli yağışların yaratdığı sel səbəbindən alçaq ərazilər yenidən su altında qala bilər. Vətəndaşlara küçəyə çıxmamaq tövsiyə edilib. Qeyd olunur ki, daşqınlar nəticəsində 800 ev sıradan çıxıb.

Yerli mətbuatda yayılan xəbərlərdə zərərçəkənlər üçün 100-dən çox yardım mərkəzinin yaradıldığı və pulsuz ərzaq paylanıldığı qeyd edilir.

Seldən ən çox zərər çəkən Çennai şəhərinə uçuşlar dayandırılıb. Çennai və ona bitişik ərazilərdə 500-dən çox insan təxliyə edilərək müvəqqəti sığınacaqlara yerləşdirilib.

Hindistanın Meteorologiya Departamenti Kerala və Andra Pradeş ştatlarının cənub sahillərində növbəti 5 gün ərzində yağıntıların azala biləcəyini açıqlayıb.
AzVision.az


Teqlər: Hindistan  





Xəbər lenti