Britaniya 1974-cü il müqaviləsinə görə İrana borc ödəyəcək

Britaniya 1974-cü il müqaviləsinə görə İrana borc ödəyəcək
  12 Noyabr 2021    Oxunub:483
Böyük Britaniya 1974-cü ildə tank tədarükü ilə bağlı İranla bağlanmış müqaviləyə görə rəsmi Tehrana 400 milyon funt sterlinq (535 milyon ABŞ dollar) borcun ödənməsinə prinsipial razılıq verib.
AzVision.az
“Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Əli Bageri Kyani bildirib.

“Borcun ödənilməsi ilə bağlı əsas məsələ razılaşdırılıb, lakin ödəniş üsulu və proses hələ həllini tapmayıb”, - nazir müavini əlavə edib.

Xatırladaq ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi 1974-cü ildə “International Military Services” (IMS) və İran arasında bağlanmış və İngiltərənin pozmuş olduğu müqaviləyə görə Böyük Britaniyanın borc ödəməli olduğu barədə qərar qəbul edib.

Müqaviləyə əsasən, şirkət İrana 1000 ədəddən çox tank satmalı idi, lakin 1979-cu ildə baş vermiş İran İslam İnqilabından sonra rəsmi London müqavilənin şərtlərini yerinə yetirməkdən imtina edib.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: Böyük-Britaniya   İran  





Xəbər lenti