"THY" İraq, Suriya, Yəmən vətəndaşlarını Minskə daşımaqdan imtina etdi
İstisna yalnız diplomatik pasporta malik və Belarusda yaşayış icazəsi olan şəxslər təşkil edəcək.
“Aviaşirkətimizin Minskə reyslərinə İraq, Suriya və Yəmən vətəndaşları yalnız diplomatik pasportlarla və ya Belarusda yaşamaq icazəsi ilə qəbul olunurlar”, - "THY"nin nümayəndəsi bildirib.
Belarusun “Belavia” aviaşirkəti də bəyan edib ki, rəsmi qurumların qərarına əsasən, Türkiyə noyabrın 12-dən etibarən İraq, Suriya və Yəmən vətəndaşlarını bu ölkədən Minsk reyslərinə qəbul etməyəcək.
Polşa prezidenti adminstrasiyasının nümayəndəsi Yakub Kumoh da belə bir qərar qəbul edildiyini açıqlayıb: “Türk Hava Yolları diplomatik pasport sahibləri istisna olmaqla, İraq, Suriya və Yəmən vətəndaşlarını Minsk reyslərinə qəbul etməyəcək" - deyə o, "Twitter"də yazıb.
Pərvanə Sultanova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


