Leyla Abdullayeva İran səfiri ilə görüşüb

 Leyla Abdullayeva İran səfiri ilə görüşüb
  12 Noyabr 2021    Oxunub:1057
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə səfir tvitterdə yazıb.

“Azərbaycan XİN-in sözçüsü Leyla Abdullayeva ilə görüşdən məmnun oldum. Biz, ikitərəfli əlaqələrimizin son inkişaflarını, xüsusən də media və ictimai diplomatiya sahələrində Xarici işlər nazirliklərinin daha sıx əməkdaşlığını müzakirə etdik", - səfir vurğulayıb.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: İran-səfiri   Leyla-Abdullayeva  





Xəbər lenti