"Kiçik bir millət - böyük Animasiya" festivalı keçiriləcək

"Kiçik bir millət - böyük Animasiya" festivalı keçiriləcək
  12 Noyabr 2021    Oxunub:1013
Latviyanın ölkəmizdəki Səfirliyi “Park Cinema” ilə birgə əməkdaşlığə çərçivəsində Azərbaycanda ilk dəfə “Kiçik bir millət - böyük Animasiya” adlı Festival təşkil edir.
Bu barədə AzVision.az - a səfirlikdən məlumat verilib.

Qeyd olunub ki, Latviya bütün dünyada vizual povest üslubu və animasiya müəllifləri ilə tanınan super gücə malik kiçik ölkədir. Festivalın açılışı noyabrın 15-də - bazar ertəsi saat 19:00-da “Park Cinema”da (Flame Towers) olacaq. Açılışdan əvvəl Latviyanın məşhur animasiya filmləri rejissoru Vladimirs Leşçiovun iştirakı ilə jurnalistlərlə görüş keçiriləcək.

Açılış günü V.Leşçiovun “Elektrikçinin Günü”, “Yeni ili gözləyirik”, “Yağışlı Günlər”, “Qanadlar və Avarlar” filmləri nümayiş olunacaq.

Latviya animasiyaları həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub.
Festival noyabrın 21-dək hər gün 2 seansla davam edəcək.

Festival çərçivəsində 16 noyabr saat 15:00-da “Park Cinema”da V.Leşçiov tərəfindən ustad dərsi təşkil olunacaq.

Biletlər üçün aşağıdakı linkə daxil olun: https://iticket.az/events?q=&venue=163&start_date=&end_date=&price_min=&price_max=&sort=
Festival çərçivəsində Park Cinema Instagram səhifəsində Air Baltic-dən 2 bilet və “Park Cinema” dan 2 bilet qazanmaq üçün müsabiqə açıq elan edilib.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: Latviya  





Xəbər lenti