Monteneqroda Yeni il şənlikləri qadağan olundu

Monteneqroda Yeni il şənlikləri qadağan olundu
  13 Noyabr 2021    Oxunub:495
Monteneqro hökuməti COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan yeni qaydalar çərçivəsində Yeni il şənliklərinin təşkilini qadağan edib.
AzVision.az xəbər verir ki, qaydalara əsasən, açıq məkanlarda Yeni il şənliklərinin, konsertlərin və toyların keçirilməsi, o cümlədən gecə klublarının fəaliyyəti qadağan edilib.

Restoran və kafelər isə gecə yarısına qədər fəaliyyət göstərəcək.
Uzun müddətdir ki, Monteneqroda sərhədi keçmək, otellərdə qalmaq, eləcə də toy məclislərində, nümayişlərdə və idman yarışlarında iştirak etmək üçün vaksinasiya sertifikatı tələb olunur.

AzVision.az


Teqlər: Yeniil  





Xəbər lenti