Zəfər Günü avtoxuliqanlıq edən tutuldu

Zəfər Günü avtoxuliqanlıq edən tutuldu
  13 Noyabr 2021    Oxunub:967
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin (DYPŞ) əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan məlumat verilib.

Məlumata görə, Samux rayon sakini Mirzə Rzayev 8 noyabr Zəfər Günündə qohumuna məxsus “VAZ 2106” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, yol nəqliyyat-hadisəsi törədərək hadisə yerindənn yayınması və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub.

Həmin şəxs barəsində DYPŞ-nin əməkdaşları inzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib. Məhkəmənin qərarı ilə M.Rzayev sürücülük hüququndan 1 il müddətinə məhrum edilməklə 30 sutka inzibati qaydada həbs edilib.

AzVision.az


Teqlər: DİN   Polis  





Xəbər lenti