Erməni terrorçu Azərbaycan hərbçilərinin olduğu posta qumbara atıb, yaralanan var - FOTO+VİDEO

  Erməni terrorçu Azərbaycan hərbçilərinin olduğu posta qumbara atıb,  yaralanan var - FOTO+VİDEO
  13 Noyabr 2021    Oxunub:2663
Erməni terrorçu Daşaltı kəndi yaxınlığında Azərbaycan hərbçilərinin olduğu posta hücum edib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisədən sonra Xankəndi-Laçın avtomobil yolu bağlanıb.

Hadisə bu gün səhər saatlarında baş verib. Noyabrın 8-də diversiya cəhdi zamanı ölən Martik Eremyanın qardaşı Azərbaycan hərbçilərinin blok-postuna taksidə yaxınlaşıb və ora əl qumbarası atıb. Erməni terrorçu Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.

Ermənistan mediasının yazdığına görə, yolun açılması üçün Rusiya sülhməramlıları ilə birlikdə danışıqlar aparılıb. Hazırda yolun açıldığı bildirilir.

İlkin məlumata görə, terror aktı nəticəsində azı bir azərbaycanlı hərbçi yaralanıb. Onun həyatı üçün təhlükə yoxdur.







Xatırladaq ki, Azərbaycan və Rusiya hərbçilərinə hücum edən erməni terrorçu 1975-ci il təvəllüdlü Norayr Mirzoyandır.



Pərvanə Sultanova
AzVision.az



Teqlər: Erməni-terrorçu  



Xəbər lenti