Ermənistanda virusa yoluxanların sayı 328 mini keçdi

Ermənistanda virusa yoluxanların sayı 328 mini keçdi
  13 Noyabr 2021    Oxunub:460
Ermənistanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1251 yeni yoluxma faktı qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, COVID-19-a yoluxanların ümumi sayı 328 081nəfərə yüksəlib. Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 39 nəfər ölüb. Bununla da ölənlərin sayı 6976-ya çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1371 nəfərdir. Aktiv xəstələrin sayı 27 642 nəfər təşkil edir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər:





Xəbər lenti