Peru Konqresi Zəfər Günü ilə bağlı bəyanat qəbul edib

   Peru Konqresi Zəfər Günü ilə bağlı bəyanat qəbul edib
  13 Noyabr 2021    Oxunub:668
Peru Konqresinin üzvü Xose Enrike Orenin təşəbbüsü ilə Konqres tərəfindən Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin ilk ildönümü münasibətilə bəyanat qəbul edilib.

Bu barədə AzVision.az -a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Sənəddə Azərbaycanın ötən ilin 27 sentyabr tarixində başlamış və 44 gün davam etmiş müharibə nəticəsində öz torpaqlarını işğaldan azad edərək BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq beynəlxalq sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü bərpa etdiyi, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatla isə Ermənistanın işğalda saxladığı digər Azərbaycan ərazilərini tərk etdiyi bildirilir və 8 noyabr tarixində “qardaş Azərbaycan xalqının ölkə tarixinin ən şanlı səhifələrindən biri olan Vətən müharibəsindəki qələbəsinin ilk ildönümünü böyük qürur hissi ilə qeyd etdiyi bildirilib.

Bəyanatda Azərbaycanın beynəlxalq hüquq və ədaləti, eləcə də bir milyona yaxın məcburi köçkünün öz evlərində yaşamaq hüququnu bərpa etdiyi və hazırda qeyd olunan məqsədə nail olmaq üçün bütün səylərini bölgənin minalardan təmizlənməsi və yenidən qurulmasına, habelə burada davamlı sülhün bərqərar olmasına yönəltdiyi vurğulanıb.

8 Noyabr – Zəfər Günü münasibətilə qardaş Azərbaycan xalqına təbriklər çatdırılıb və şəhid olmuş soydaşlarımızla bağlı başsağlığı ifadə olunub.





AzVision.az


Teqlər: PeruBəyanat  





Xəbər lenti