Polşa-Belarus sərhədində suriyalı gəncin meyiti tapılıb

Polşa-Belarus sərhədində suriyalı gəncin meyiti tapılıb
  13 Noyabr 2021    Oxunub:501
Polşa-Belarus sərhədi yaxınlığında meşədə suriyalı gəncin cəsdi tapılıb.
AzVision.az xəbər verir ki, bu barədə Polşa polisinin tvitter hesabında məlumat paylaşılıb.

“Dünən sərhədə yaxın meşədə Suriya vətəndaşı olan gəncin cəsədi tapılıb. Ərazidə həyata keçirilən tədbirlər ölümün səbəbini birmənalı şəkildə müəyyənləşdirməyə imkan verməyib”, - polisin açıqlamasında deyilir.

Xatırladaq ki, Belarus-Polşa sərhədində günlərdir ki, əsasən İraq, Suriya, Yəməndən olan minlərlə miqrant toplaşıb. Onlar Avropa İttifaqı ərazisinə keçmək və sığınacaq almaq istəyirlər. Havanın soyuması miqrantların həyatı üçün təhlükə yaradıb. Bu böhran Aİ ilə Belarus arasında gərginliyin daha da artmasına səbəb olub.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Polşa-Belarus   Suriyalı-qaçqın  





Xəbər lenti