"Miqrasiya böhranın Qərb özü yaradıb" - Putin

   "Miqrasiya böhranın Qərb özü yaradıb" -    Putin
  13 Noyabr 2021    Oxunub:760
“Miqrasiya böhranlarını Qərb dövlətləri özləri yaradıb”. AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Rusiya lideri bildirib ki, Belarus prezidenti Aleksandr Lukaşenko və Almaniya kansleri Angela Merkel bir-birləri ilə danışmağa hazırdırlar: “Yaxın günlərdə onların danışacağına ümid edirəm. Bu, çox vacibdir, çünki miqrantlar əsasən Almaniyaya üz tuturlar”.

Putin əlavə edib ki, ilk növbədə Belarus- Polşa sərhədində olan miqrant uşaqlara yazığı gəlir. Onun sözlərinə görə, heç bir Rusiya aviaşirkəti miqrant daşımır.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Vladimir-Putin   Miqrant-böhranı  



Xəbər lenti