Erməni terrorçuları Rusiya səfirliklərini partlatmaqla hədələyirlər

   Erməni terrorçuları Rusiya səfirliklərini partlatmaqla hədələyirlər
  13 Noyabr 2021    Oxunub:2464
Ermənistanın Sasna Tsrer Partiyasının radikal qanadının nümayəndəsi Vaaqn Avaqyan Rusiyaya qarşı təhdidlər səsləndirib.

AzVision.az xəbər verir ki, bu barədə Telegram-dakı erməni kanalları məlumat yayıb.
V. Avaqyan bildirib ki, bu gün Şuşa yaxınlığında azərbaycanlı hərbçilərə və Rusiya sülhməramlılarına qumbara atan və rus hərbçilər tərəfindən saxlanılan terrorçu Azərbaycana təhvil verildiyi təqdirdə, Rusiyaya qarşı hücumlar təşkil edəcəklər.

“Rusiya Norayr Mirzoyanı Azərbaycana versə, növbəti qumbaralar Rusiya qoşunları və səfirliklərinə tərəf atılacaq”, - o bildirib.

Xatırladaq ki, bu partiyanın üzvləri 2016-cı ildə İrəvanda polis alayını silahlı hücum edərək ələ keçirmişdilər. Hadisə nəticəsində bir neçə nəfər ölmüş və yaralanmışdı. Onlar məhkəmədə girov götürmək, girovları öldürmək, qanunsuz silah gəzdirmək və oğurlamaq maddələri ilə təqsirli bilindilər. Bir müddət həbsdə qalan dəstə üzvləri Paşinyanın hakimiyyətə gəlişi ilə azadlığa çıxdılar və partiya yaratdılar.



Pərvanə Sultanova
AzVision.az



Teqlər: Erməni-terrorçu   Rusiya   təhdid  



Xəbər lenti