Qazaxda dəmir yolu relsi oğurlanıb

Qazaxda dəmir yolu relsi oğurlanıb
  13 Noyabr 2021    Oxunub:795
Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 11-də Dəmirçilər kəndi ərazisində yerləşən köhnə dəmir yolu relslərini kəsərək oğurlamağa cəhd göstərən rayon sakinləri S. Məmmədov, M. Kosayev, Q. Hadiyev və Goranboy rayon sakini M. Musayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, ətraflarında aparılan tədbirlərlə onların Cəfərli kəndi ərazisindən Ağstafa dəmir yolu təmiri sahəsinə məxsus 175 metr relsi oğurlamaları və 425 metr relsi oğurlamağa cəhd göstərmələri də müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Oğurluq  





Xəbər lenti