"Fitch" Azərbaycanın uzunmüddətli reytinqini “BB+” səviyyəsində təsdiqləyib
Agentliyin proqnozlarına əsasən, Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabı 2022-2023-cü ilərdə 5,3 faizədək azalacaq. Bu, əsasən neft qiymətlərinin 2022-ci ildə 55 dollar/barel, 2023-cü ildə isə 53 dollar/barel səviyyəsində proqnozlaşdırılması ilə əlaqədardır. Qeyd edək ki, neft qiymətlərinin bu il üçün proqnozu 63 dollar/barel idi.
Eyni zamanda, "Fitch Ratings" Azərbaycanın xarici valyutada emitentin uzunmüddətli defolt reytinqi üzrə proqnozunu "Stabil" proqnozla "BB+" səviyyəsində təsdiq edib.
"Reytinq Azərbaycanın çox güclü xarici balansı, dövlət borcunun aşağı səviyyəsi və suveren rifah fondunun iri aktivləri hesabına yüksək maliyyə çevikliyi ilə dəstəklənir. Azərbaycanın böyük xarici bufer ehtiyatları koronavirus pandemiyası dövründə qorunub saxlanıb və yüksək neft qiymətləri ilə dəstəklənir. 2021-ci ilin üçüncü rübünün sonuna 2020-ci ilin sonundakı 49,9 milyard dollardan xarici valyutada suveren aktivlər 51,2 milyard dollaradək artıb".
AzVision.az
Teqlər: