Paşinyanın mühafizəçisinin evinə qumbara atılıb

Paşinyanın mühafizəçisinin evinə qumbara atılıb
  13 Noyabr 2021    Oxunub:842
Ermənistanın baş naziri Nikol Paşinyanın mühafizəçilərindən birinin evinə qumbara atılıb. Hadisə gecə saatlarında Kotayk rayonunda baş verib.
AzVision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.

"Ev sahibinin iki oğlu var, onlardan biri baş nazirin mühafizəçisidir", - məlumatda vurğulanıb.

Ölən və yaralanan olmasa da, evə zərər dəyib. Hazırda faktla bağlı araşdırma aparılır.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənitan  





Xəbər lenti