Goranboyda naməlum meyit qalıqları tapılıb

Goranboyda naməlum meyit qalıqları tapılıb
  13 Noyabr 2021    Oxunub:773
Noyabrın 13-ü saat 12 radələrində Goranboy rayonu Ballıqaya kəndi ərazisində naməlum şəxsə məxsus meyit fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Xocalı rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Xocalı rayon prokurorluğundan AzVision.az -a bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyit fraqmentlərinə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda meyitin şəxsiyyətinin və ölüm səbəbinin müəyyən edilməsi istiqamətində rayon prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti