Saakaşvilinin tərəfdarları Tiflisdə dəstək aksiyası keçirir

Saakaşvilinin tərəfdarları Tiflisdə dəstək aksiyası keçirir
  13 Noyabr 2021    Oxunub:756
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin tərəfdarları Tiflisdə parlament binası qarşısına toplaşaraq ona dəstək üçün növbəti aksiya keçirirlər.
AzVision.az bu barədə gürcü mediasına stinadən xəbər verir.

Hazırda parlamentə bitişik Rustaveli prospektinə patrul polis briqadaları səfərbər edilib.

Aksiyanın təşkilatçıları Vahid Milli Hərəkat müxalifət partiyasının üzvləridir. Etirazçıların əsas tələbləri Saakaşvilinin həbsxana xəstəxanasından mülki klinikaya köçürülməsi, azadlığa buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsidir.

Qeyd edək ki, Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb.

AzVision.az



Teqlər: Saakaşvili   Aksoya  



Xəbər lenti