Asiya İnkişaf Bankı Gürcüstana kredit verəcək

Asiya İnkişaf Bankı Gürcüstana kredit verəcək
  13 Noyabr 2021    Oxunub:896
Asiya İnkişaf Bankı (AİB) Gürcüstana 101 milyon avro məbləğində kredit verəcək.
AzVision.az xəbər verir ki, bu məbləğ Gürcüstanda regionların sosial-iqtisadi inkişafına və gəlirlərin artırılmasına kömək məqsədilə verilir.

AİB-in bununla bağlı məlumatında deyilir ki, Bank tərəfindən Gürcüstana ayrılan məbləğ yeni infrastrukturun qurulması və mövcud infrastrukturun bərpası, eləcə də şəhər mərkəzlərində xidmətlərin yaxşılaşdırılması, iqtisadiyyatın və həyat keyfiyyətinin artırılmasını nəzərdə tutur.

AzVision.az



Teqlər: AİB   Gürcüstan  





Xəbər lenti