Avropa Məhkəməsi Gürcüstana dair 2 qərarını bəyan edəcək

Avropa Məhkəməsi Gürcüstana dair 2 qərarını bəyan edəcək
  13 Noyabr 2021    Oxunub:749
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) noyabrın 16-da Gürcüstanla bağlı 2 qərarını elan edəcək.
AzVision.az xəbər verir ki, “Levan Kikabidzenin Gürcüstana qarşı” iddiasında Konvensiyanın 6-cı maddəsinin (ədalətli məhkəmə hüququ) pozulduğu iddia edilir. 22 il azadlıqdan məhrum edilmiş Kikabidze ərizəsində göstərir ki, ona kasasiya şikayəti vermək üçün şərait yaradılmayıb.

Qoşa Beridzenin Gürcüstana qarşı iddiasında isə konvensiyanın 3-cü (işkəncə və alçaldıcı rəftarın qadağan edilməsi) və 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) maddələrinin tələblərinin pozulduğu iddia edilir. İddiaçılar saxlanan zaman zorakılığa məruz qaldıqlarını bildirirlər.

AzVision.az




Teqlər: Avropa-Məhrəməsi   Gürcüstan  





Xəbər lenti