İranda ardıcıl zəlzələlər, ölən var

 İranda ardıcıl zəlzələlər,  ölən var
  14 Noyabr 2021    Oxunub:1137
İranın cənubundakı Hörmüzqan vilayətində 6,4 və 6,3 bal gücündə daha iki zəlzələ qeydə alınıb.
Zəlzələ nəticəsində elektrik dirəyi aşıb və bir nəfər həyatını itirib.

***
16:45
İranda 6,1 bal gücündə zəlzələ baş verib.

AzVision.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri ölkənin Bəndər Abbas limanından 59 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

AzVision.az


Teqlər: İran  



Xəbər lenti