NATO-da Ukraynanın təşkilata qəbulu ilə bağlı konsensus yoxdur

   NATO-da Ukraynanın təşkilata qəbulu ilə bağlı konsensus yoxdur
  15 Noyabr 2021    Oxunub:490
NATO ölkələri hələ ki, Ukraynanın təşkilata daxil olub-olmaması ilə bağlı konsensusa gələ bilməyiblər.
AzVision.az xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, ölkə NATO üzvü olmaq üçün müəyyən standartlara cavab verməlidir: “Biz onlara (Ukraynaya – Red) korrupsiya ilə mübarizədə kömək edirik, lakin (təşkilatın – Red) 30 üzvü ortaq fikrə gəlməlidir və NATO-da hələlik konsensus yoxdur”.

Stoltenberq Şimali Atlantika Alyansının Ukrayna ilə əlaqələri gücləndirdiyini qeyd edib, lakin bu ölkənin təşkilatın nizamnaməsinin kollektiv müdafiəni nəzərdə tutan beşinci maddəsinə tabe olmadığına aydınlıq gətirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: NATO   Ukrayna  





Xəbər lenti