Blinken Le Drianla Rusiya-Ukrayna sərhədindəki vəziyyəti müzakirə edib

Blinken Le Drianla Rusiya-Ukrayna sərhədindəki vəziyyəti müzakirə edib
  15 Noyabr 2021    Oxunub:497
ABŞ dövlət katibi Entoni Blinken və Fransanın xarici işlər naziri Jan-İv Le Drian telefon söhbətində Rusiya və Ukraynanın sərhəd bölgəsindəki vəziyyəti müzakirə ediblər.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

"Blinken və Le Drian arasında söhbət şənbə günü olub. Onlar Rusiyanın Ukraynada və onun ətrafında narahatedici hərbi fəaliyyətini müzakirə ediblər. Həmçinin, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə qətiyyətli dəstəklərini ifadə ediblər. Tərəflər İranın nüvə proqramı ilə bağlı da fikir mübadiləsi aparıblart", - Prays əlavə edib.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkənin Silahlı Qüvvələrinin Rusiya ərazisində hərəkətləri heç kimin narahatlığına səbəb olmamalıdır.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: ABŞ   Fransa   Ukrayna  





Xəbər lenti