Aİ Minsk hava limanına sanksiyalar tətbiq edə bilər

Aİ Minsk hava limanına sanksiyalar tətbiq edə bilər
  15 Noyabr 2021    Oxunub :227
Avropa İttifaqı (Aİ) Polşa-Belarus sərhədində miqrasiya böhranı ilə əlaqədar bu ölkənin 20-yə yaxın məmuruna, eləcə də Milli Hava Limanına və “Minsk” otelinə sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir.
AzVision.az xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Suriyanın “Cham Wings Airlines” aviaşirkəti də noyabrın 13-dən etibarən Minskə uçuşları dayandırmasına baxmayaraq, məhdudlaşdırıcı tədbirlərə məruz qala bilər. “Minsk” otelinə sanksiyalar tətbiqinə gəlincə, məlumata görə, miqrantlar əvvəlcə bura yerləşdirilir, daha sonra Polşaya getməyə cəhd göstəririlər.
Bununla yanaşı, qəzet vurğulayır ki, Aİ-yə üzv dövlətlər mövcud hüquqi çətinliklərə görə Minsk Milli Hava Limanına qarşı məhdudiyyətlərlə bağlı hələ də konsensusa gəlməyiblər. Eyni zamanda, Avropa İttifaqı öz müttəfiqləri ilə cavab tədbirlərini koordinasiya etdiyindən sanksiyalar siyahısı bir neçə həftə ərzində yekunlaşacaq.

xatırladaq ki, bu gün Brüsseldə Aİ Şurasının xarici işlər nazirlərinin iclası keçiriləcək. iclasın əsas mövzusu Belarusdakı miqrasiya böhranı və bu ölkəyə qarşı yeni sanksiyaların müzakirəsi olacaq. Aİ Şurası Belarusun bir sıra fiziki və hüquqi şəxslərinə qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

Pərvanə Sultanova
AzVision.az

Teqlər: Avropa-İttifaqı   Belarus  







Xəbər lenti