Mikayıl Cabbarov xarici ölkələrin sahibkarlarını Azərbaycana dəvət etdi

 Mikayıl Cabbarov xarici ölkələrin sahibkarlarını Azərbaycana dəvət etdi
  15 Noyabr 2021    Oxunub:1244
"Bir il əvvəl Qarabağ uğrunda savaş getdiyi halda, hazırda bölgədə bərpa quruculuq işləri aparılır. Qazanılmış Zəfər nəticəsində bölgədə yeni reallıqlar yaranıb".

AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov 25-ci Beynəlxalq Biznes Forumda deyib. O bildirib ki, növbəti 5 ili əhatə edən Milli inkişaf prioritetlərinə uyğun inkişaf planı təsdiq mərhələsindədir.
"Bu sənəd ölkənin inkişaf perspektivlərini ehtiva edir. Region ölkələrinin iqtisadi maraqları ilə yanaşı bölgədə sabitlik, təhlükəsizlik, interqasiya və əməkdaşlıq mühitini gücləndirərək, strateji layihələrin həyata keçirilməsi üçün imkanlar ortaya çıxıb. Artıq Ağdamda Sənaye Parkının, Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası”nın yaradılmasına dair qərarlar verilib. Gələcəkdə iqtisadi inkişaf planlarının həyata keçirilməsində Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MUSİAD), xarici ölkələrin sahibkarlarının iştirakını görməkdən şad olarıq".

Nazir həmçinin əlavə edib ki, 1995-ci ildən keçirilən və bu gün Azərbaycanın ev sahibliyi etdiyi IBF ölkəmizin investisiya imkanlarının tanıdılması baxımından mühüm platformadır.

Aytən Zəhra
AzVision.az


Teqlər: Qarabağ   biznes  





Xəbər lenti