Ermənistanda virusdan ölənlərin sayı 7055 nəfərə çatıb

Ermənistanda virusdan ölənlərin sayı 7055 nəfərə çatıb
  15 Noyabr 2021    Oxunub:451
Ermənistanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 378 yeni yoluxma faktı qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, COVID-19-a yoluxanların ümumi sayı 329 341 nəfərə yüksəlib. Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 39 nəfər ölüb. Bununla da ölənlərin sayı 7055-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1379 nəfərdir. Aktiv xəstələrin sayı 25 185 nəfər təşkil edir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Virus  





Xəbər lenti