Həmyerlimiz Düriyyə Rəhimova Dərbənddə vəfat etdi

Həmyerlimiz Düriyyə Rəhimova Dərbənddə vəfat etdi
  29 Mart 2014    Oxunub:1701
Dağıstanın xalq artisti, həmyerlimiz Düriyyə Rəhimova vəfat edib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, Dağıstanın xalq artisti, həmyerlimiz Düriyyə Rəhimova uzun sürən xəstəlikdən sonra 85 yaşında yaşadığı Dərbənd şəhərində vəfat edib.

D.Rəhimova 1929-cu ildə martın 15-də Quba rayonunun Qımıl kəndində anadan olub. Fəaliyyətə Quba Dövlət Dram Teatrında başlayıb.

Quba Dövlət Dram Teatrı bağlandığdan sonra Dağıstan Filarmoniyasına dəvət alıb və orada işləyib. Sonralar Ləzgi Dövlət Teatrında fəaliyyət göstərib.
O, Dərbənd Azərbaycan Dövlət Dram teatrının yaradıcılarından biridir. Onlarla yadda qalan rolu var

Allah rəhmət eləsin!


Teqlər:





Xəbər lenti