Qarabağda biznes qurmaq istəyənlərin sayı açıqlandı

 Qarabağda biznes qurmaq istəyənlərin sayı açıqlandı
  15 Noyabr 2021    Oxunub:1110
"Hal-hazırda işğaldan azad edilən ərazilərdə biznes qurmaq istəyən sahibkarların və xarici iş adamlarının müraciətləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən toplanılır. Bu günədək müxtəlif sektorları əhatə edən 900-ə yaxın müraciət qeydə alınıb".
AzVision.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov 25-ci Beynəlxalq Biznes Forumda deyib.

O bildirib ki, müracətlərin intensivliyi, həcmi yerli və xarici investorların Qarabağda biznes fəaliyyətinə böyük marağının olduğunu göstərir.

Aytən Zəhra
AzVision.az


Teqlər: Qarabağ   Müraciət  





Xəbər lenti