Paşinyan müdafiə nazirinin dəyişdirilməsinin səbəbi barədə

Paşinyan müdafiə nazirinin dəyişdirilməsinin səbəbi barədə
  15 Noyabr 2021    Oxunub:620
"Arşak Karapetyanın müdafiə naziri vəzifəsindən azad edilməsinə səbəb Azərbaycanla sərhəddə yaranmış vəziyyətdir".
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Vurğulamaq istəyirəm ki, mən Arşak Karapetyanı müdafiə naziri vəzifəsindən azad etmək və bu vəzifəyə baş nazirin müavini Suren Papikyanı təyin etmək qərarına gəldim. Bu qərar dünəndən baş verən hadisələrin təhlili nəticəsində qəbul edilib. Hazırkı vəziyyət məni nazirin dəyişdirilməsi qərarına gətirib çıxardı", - Paşinyan Təhlükəsizlik Şurasının iclasında bildirib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Nikol-Paşinyan  





Xəbər lenti