İraq öz vətəndaşlarını Belarusdan çıxaracaq

İraq öz vətəndaşlarını Belarusdan çıxaracaq
  15 Noyabr 2021    Oxunub:896
İraq hakimiyyəti cümə axşamından etibarən Polşa və Belarus sərhəddində olan öz vətəndaşlarını təxliyə edəcək.
AzVision.az xəbər verir ki, bunu iraq xarici işlər nazirliyin sözçüsü Əhməd əl-Səhhaf deyib. Onun sözlərinə görə, Belarusda müvəqqəti düşərgələrdə 571 İraq vətəndaşı aşkar edilib: “Lakin bu dəqiq say deyil. Çünki, onların sayını öyrənmək çətindir”.

Qeyd edək ki, noyabrın 8-dən etibarən Yaxın Şərqdən olan bir neçə min miqrant Belarusdan Polşa sərhədinə yaxınlaşaraq sərhəddən buraxılmalarını tələb ediblər. Miqrantlar iddia edirlər ki, onlara Avropa İttifaqı ölkələrindən sığınacaq veriləcəyi vəd edilib. Avropa İttifaqı Belarusu sərhədlərdə qəsdən xaos təşkil etməkdə ittiham edir.

Avropa rəsmiləri İraq, Suriya və Yəmən vətəndaşlarının Belarusa daşınmasının dayandırılması üçün İraq hökuməti, Türkiyə hakimiyyəti və aviaşirkətlə danışıqlar aparır.

İlkin Nəcəfzadə

AzVision.az


Teqlər: İraq  



Xəbər lenti